İdman

Şahruddinin komandası “Qara dəniz fırtınasını” əliboş yola saldı - VİDEO

7 Oktyabr 2023 11:31
Baxış: 940
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor" Türkiyə Superliqasında 8-ci turun oyununa çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, komanda doğma azarkeşləri önündə "Trabzonspor"u qəbul edib.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ş. Məhəmmədəliyev görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Oyuna yeganə qolu matçın 29-cu dəqiqəsində Nani vurub.

Qeyd edək ki, bu nəticədən sonra Adana təmsilçisi 17 xalla (8 oyun) 3-cü pillədə qərarlaşıb. "Fənərbaxça" 21 xalla (7 oyun) 1-ci, "Qalatasaray" 19 xalla (7 oyun) 2-cidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.