İdman

Qattuzo “Marsel”in futbolçularını döyür?

1 Oktyabr 2023 17:21
Baxış: 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Marsel"in baş məşqçisi Cennaro Qattuzo komandasının oyunçularına "fiziki təzyiq" göstərir. Məlumata görə, italiyalı mütəxəssis futbolçuların çiyinlərinə yumruqla zərbələr endirir və bundan sonra onların bəzilərinin bədənində göyərmə izləri qalır.

Cennaro bunu cəza olaraq deyil, mükafat olaraq edir. O, futbolçuları məşqdə düzgün hərəkət etdiklərinə görə belə "tərifləyir".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, italyan mütəxəssisin bu iş tərzi futbolçuların xoşuna gəlir, o, artıq Fransa klubunun futbolçuları ilə yaxşı bağlantı yaradıb.

Xatırladaq ki, Qattuzo 27 sentyabrdan etibarən "Marsel"i çalışdırmağa başlayıb. Bundan əvvəl o, İspaniyanın "Valensiya", İtaliyanın "Napoli" və "Milan" klublarında məşqçi işləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.