İdman

“Şeffild”ə 8 cavabsız qol - Premyer Liqada ilk

25 Sentyabr 2023 08:59
Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqası (İPL) 6-cı turunun matçında "Nyukasl" səfərdə "Şeffild"i 0:8 hesabı ilə məğlub edib.

Milli.Az report-a istinadən xəbər verir ki, "Nyukasl"ın heyətində Şon Lonqstaff, Den Bern, Sven Botman, Kallum Uilson, Entoni Qordon, Migel Almiron, Bruno Gimaraynş, Aleksander İsak dəqiq zərbələr endirib.

"Nyukasl" cari mövsümün ən böyükhesablı qələbəsini qazanan, eyni zamanda 2022/23 mövsümünün rəqibinə səkkiz qol vuran ilk komandası olub. Bundan əlavə, səkkiz qolun hamısı fərqli oyunçular tərəfindən vurulub. Beləliklə, "Nyukasl" Premyer Liqa tarixində bir matçda səkkiz oyunçunun qol vurduğu ilk klub olub.

"Nyukasl" 9 xalla İngiltərə çempionatının turnir cədvəlində səkkizinci yerdədir. "Şeffild" 1 xalla 20-ci qərarlaşıb. Çempionatın lideri "Mançester Siti"dir (18), ikinci yerdə "Liverpul" (16), "Brayton" isə ilk üçlüyü (15) qapayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.