İdman

Ronaldo DÇ-2026-da oynayacaq?

6 Sentyabr 2023 22:45
Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun futbolçusu Kriştianu Ronaldo 2026-cı ildə ABŞ-da keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "Cabine Desportiva" məlumat yayıb.

O bu barədə hələ bir şey deyə bilməyəcəyini bildirib.

"Son iki il ərzində mən fərqli düşünməyə başladım. Bu günü yaşamalı olduğumuzu düşündürdü. Artıq uzunmüddətli perspektiv haqqında düşünə bilmirəm", - Ronaldo bildirib.

Avqustun 29-da Ronaldo milli liqalarda qolların sayına görə daha bir dünya rekorda imza atıb. O, Səudiyyə Ərəbistanı çempionatında "Əl-Şəbab"a qarşı matçda iki dəfə fərqlənərək milli liqalarda 516 və 517-ci qolları vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.