İdman

Mariya Stadnik çempion oldu

28 İyul 2023 01:34
Baxış: 1 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turniri davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yarışın 2-ci günündə bir güləşçimiz mübarizə aparıb.

Mariya Stadnik (50 kq) gözlənildiyi kimi, uğurlu çıxış edib. Dünya qadın güləşinin canlı əfsanəsi finaladək kanadalı Keti Dutçaka, polşalı Amanda Tomçikə və Kanadanın digər təmsilçisi Madison Parksa "tuş"la qalib gəlib. Həlledici görüşdə təcrübəli polşalı güləşçi Anna Lukasyakla qarşılaşan Stadnik 7:0 hesablı qələbəylə "Poland Open" turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, sabah Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) turnirdə qüvvəsini sınayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.