İdman

“Kəpəz”də maliyyə problemi – Türkiyə toplanışı ləğv olundu

1 İyul 2023 23:14
Baxış: 1 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni mövsüm öncəsi "Kəpəz"də yenə maliyyə problemi yaşanır.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, məhz bu səbəbdən komandanın hazırlıq planında məcburi dəyişiklik edilib.

İlkin olaraq Gəncə təmsilçisinin təlim-məşq toplanışı üçün Türkiyənin Ərzurum şəhərinə getməsi planlaşdırılımışdı. Ancaq məhz maliyyə çətinliyi ucbatından hazırlıq ölkə daxilində keçiriləcək. Konkret olaraq, Azər Məmmədovun yetirmələri iyulun 3-dən Bakıda məskunlaşacaqlar.

Komanda burada iyulun 7-də "Səbail", 13-də isə "Zirə" ilə yoxlama oyunu keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.