İdman

Cüdoçularımız Avropa çempionatında birinci yeri tutub

24 İyun 2023 23:10
Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 22-dən 25-dək Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışları başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərdi yarışların sonuncu günündə +90 kq çəkidə yarışan cüdoçumuz Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, Azərbaycanın Avropa çempionatında qazandığı sayca doqquzuncu medal olub.

Cüdoçularımız çempionatda ümumilikdə altı qızıl və üç bürünc medal əldə ediblər. Fərdi yarışlarda Azərbaycan medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.

Qeyd edək ki, iyunun 25-də Avropa çempionatında qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışı keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.