İngiltərə Premyer Liqasında mövsümə yekun vuruldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərə Premyer Liqasında 2022/23 mövsümünə yekun vurulub.
Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu - 38-ci turunun bütün qarşılaşmaları eyni günə təsadüf edib.
"Çelsi" son turda "Nyukasl"la "sülh bağlayıb". "Kristal Pelas" - "Nottingem Forest" matçında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. 8 qolun qeydə alındığı "Sauthempton" - "Liverpul" matçında da qalib müəyyənləşməyib.
Çempion "Mançester Siti" son turda "Brentford"a uduzub. İkinci pillədəki "Arsenal" isə "Vulverhempton"u 5 cavabsız qolla məğlub edib. "Aston Villa" "Brayton"u, "Everton" "Bornmut"u, "Lester Siti" "Vest Hem"i, "Mançester Yunayted" isə "Fulhem"i məğlub yola salıb. Səfərdə "Lids"lə qarşılaşan "Tottenhem" son matçında darmadağına sevinib.
"Mançester Siti" 89 xalla mövsümü zirvədə başa vurub. "Arsenal" 84 xalla gümüş, "Mançester Yunayted" 75 xalla bürünc medallara sahib çıxıb. Bu üç komanda ilə yanaşı, 71 xalla dördüncü olan "Nyukasl" da Çempionlar Liqasına vəsiqə qazanıb. 67 xalla beşinci və 62 xalla altıncı olan "Liverpul"la "Brayton" Avropa Liqasına vəsiqə qazanıblar. 61 xalla yeddinci yeri tutan "Aston Villa" isə Konfrans Liqasında mübarizə aparacaq.
Son üç pilləni tutan "Sauthempton", "Lids" və "Lester Siti" komandaları isə Premyer Liqanı tərk edib.
İngiltərə Premyer Liqası
38-ci tur
28 may
Arsenal - Vulverhempton 5:0
Qol: Caka, 11; 14. Saka, 27. Q.Jezus, 58. Kivior, 78.
Aston Villa - Brayton 2:1
Qol: D.Luis, 8. Uotkins, 26 - Undav, 38.
Brentford - Mançester Siti 1:0
Qol: Pinnok, 85.
Çelsi - Nyukasl 1:1
Qol: Trippyer, 27-öz qapısına - Qordon, 9.
Kristal Pelas - Nottingem Forest 1:1
Qol: Hages, 66 - Avoniyi, 31.
Everton - Bornmut 1:0
Qol: Dukure, 57.
Lids - Tottenhem 1:4
Qol: Harrison, 67 - Keyn, 2; 69. Porro, 47. L.Moura, 90+5.
Lester Siti - Vest Hem 2:1
Qol: Barnes, 34. Faes, 62 - Fornals, 79.
Mançester Yunayted - Fulhem 2:1
Qol: Sanço, 39. B.Fernandes, 55 - Tete, 19.
Sauthempton - Liverpul 4:4
Qol: Uord-Prauz, 19. Sulemana, 28; 47. Armstronq, 64 - D.Jota, 10; 73. Firmino, 14. Qakpo, 72.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
XƏBƏR LENTİ
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord





