İdman

Türkiyə Super Liqası: "Fənərbağça" "Trabzonspor"a qalib gəlib - VİDEO

19 May 2023 00:14
Baxış: 1 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Super Liqasında 34-cü tura mərkəzi oyunla yekun vurulub.

Milli.Az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Fənərbağça" "Trabzonspor"u qəbul edib. "Ülker" stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.

Hesabı 11-ci dəqiqədə İstanbul klubundan Mişi Batşuayi açıb. 58-ci dəqiqədə Luan Peres "Fənərbağça"nın üstünlüyünü 2 topa çatdırıb. 71-ci dəqiqədə Enner Valensiya 3-cü topu qonaqların qapısından keçirib. 79-cu dəqiqədə Qara dəniz təmsilçisi Trezegenin penaltidən vurduğu qolla fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Bu qələbədən sonra xallarını 71-ə çatdıran "Fənərbağça" 2-ci pillədəki mövqeyini möhkəmlədib. Hazırda komandanı lider "Qalatasaray"dan 5 xal ayırır. 48 xalı olan "Trabzonspor" isə 8-ci sırada qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.