İdman

Kriştiano Ronaldonun sevgilisi uşaqlığından DANIŞDI: Görün nələr dedi?

19 May 2023 08:48
Baxış: 2 312
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes uşaqlıqda kiminləsə tanışlıq qurmağın onun üçün nə qədər çətin olduğunu açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Corcina Argentinada anadan olub, lakin orada cəmi bir il yaşayıb, sonra ailəsi İspaniyaya köçüb. "Netflix"in "Mən Corcina" serialının ikinci mövsümündə o, uşaqlığı ilə bağlı xatirələrini və məktəbdə özünü necə tənha hiss etdiyini bölüşüb. Qızın autizm olduğunu düşündüyü üçün anası Corcinanı baletə yazdırıb.

"Kilsə məktəbində rahibələrdən qorxurdum və onlar müəllim idilər. Məktəbdə özümü çox tənha hiss edirdim. Anam autizmli olduğumu düşünürdü, çünki kiçik dünyamda tək qalmağı çox sevirdim. Ona görə də o, məni baletə yazdırdı. Daha sonra xoreoqraflar ona "O, autizmli deyil" deyiblər. Sadəcə, sinif yoldaşlarımla aram yaxşı deyildi. Ola bilsin ki, biz sadəcə yola getmirdik. Onlarla heç bir ünsiyyətim yox idi", -  Rodriqes deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.