İdman

"Ömrümün sonuna qədər "Real"da qalmağa hazıram"

18 Mart 2023 23:39
Baxış: 1 072

Karlo Ançelotti "Real"dakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb . 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o deyib: "Bu, klubun verməli olduğu işarədir. Mən dəfələrlə demişəm ki, ömrümün sonuna qədər bu klubda qalmağa hazıram, amma bu mümkün deyil. Qərarı klub verəcək.

Klub haqqında dediklərim o qədər də önəmli deyil. "Real" burada qalmağımı istəsə, bundan həzz alacağam. Üç ay qalmağımı istəsələr, zövq alacağam.  Bu mövsüm heç bir kubok qazanmasam, qovulacağam. Əminəm ki, biz qalib gələcəyik və bununla da söhbət bitəcək".

"Real"  La Liqanın 26-cı turunda sabah "Barselona" ilə qarşılaşacaq. Komanda lider Kataloniya təmsilçisindən 9 xal geri qalır. Madrid təmsilçisi Çempionlar Liqasında 1/4 finala yüksəlib.

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics