İdman

Gənc futbolçu oyun zamanı öldü

6 Mart 2023 17:10
Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fil Dişi Sahilinin "Rasinq" klubunun futbolçusu Mustafa Silla vəfat edib.

Milli.Az "report"a istinadən bildirir ki, buna 21 yaşlı müdafiəçinin oyun zamanı infarkt keçirməsi səbəb olub.

Hadisə yüksək liqanın XX turunun SOL-la matçında baş verib. "Rasinq"in 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada vəziyyəti pisləşən Silla dərhal xəstəxanaya aparılıb. Lakin futbolçu yolda vəfat edib.

Qeyd edək ki, Mustafa Silla ötən ilin yayından Abican şəhərinin təmsilçisində çıxış edirdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.