İdman mətbuatının seks simvolu onun həyatını necə dəyişdi? - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
26 may 2018-ci il - Kiyev, UEFA Çempionlar Liqasının finalı. Həmin gecə tarixə təkcə "Real"ın qitənin bir nömrəli klub turnirinin qalibi olması ilə düşmədi. Həmin gün Loris Karius da məşhur oldu. Amma heç də arzu olunmayan formada. "Liverpul"da çıxış edən almaniyalı qolkiper 2 kobud səhv etdi ki, bunun sayəsində Madrid klubu 3:1 hesablı qələbəyə sevindi.
Milli.Az bildirir ki, Kiyev finalındakı faciəvi səhvlər Kariusun karyerasını məhv etdi. O, "Liverpul"dan icarə əsasında "Beşiktaş"a göndərildi. İstanbul klubu qısa zamandan sonra onu heyətə qatmağa peşiman oldu. Çünki o, "ağ-qaralar"ın oyunlarında da kobud səhvlərə yol verməkdə davam etdi. İş o yerə çatdı ki, "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş açıq şəkildə Lorisə etiraz etməli oldu.
Son illərdə Karius, ümumiyyətlə futbol oynamırdı. Alman qolkiper ötən mövsümü "Liverpul"da 4-cü qapıçı kimi keçirdi. Bir il əvvəl isə Karius üçün şans yaranmışdı. "Union Berlin"ə icarəyə göndərilən qolkiper 32 yaşlı həmkarı Andreas Luthla rəqabətdə məğlub oldu.
Ötən yay Kariusun "Liverpul"la müqaviləsi başa çatdı. O, azad agent status ilə "Nyukasl"a transfer olundu. "Ağ-qaralar"da da şans onun üzünə gülmədi. Çempionatın əvvəlində "sağsağanlar" zədə səbəbindən əvvəlcə ehtiyat qapıçı Karl Darlou itirdi və ardınca Martin Dubravka "Mançester Yunayted"ə icarəyə göndərildi. İngiltərə millisinin bir nömrəsi Nik Popun transferiylə Karisun oynamaq şansı tamamilə itdi.
Bu ilin 26 fevralı isə Kariusun həyatında dönüş nöqtəsi ola bilər. Məsələ burasındadır ki, almaniyalının karyerasını yenidən canlandırmaq üçün unikal şans qazandı. O, İngiltərə Liqa Kubokunun finalında "Mançester Yunayted"lə oyun üçün "Nyukasl"ın start heyətinə daxil edildi. Çünki Eddi Haunun ixtiyarında onda başqa qapıçı qalmamışdı. Finala bir həftə qalmış "Liverpul"la oyunda (0:2) Pop cərimə meydançasının kənarında əl ilə oynadığı üçün birbaşa qırmızı vərəqə aldı. Nik cəza səbəbindən "Uembli"dəki həlledici matçda iştirak edə bilməyəcəkdi. Nəticədə baş məşqçi Kariusa şans verdi:
"Bu, Lorisin karyerasını bərpa etməsi üçün böyük şansdır. Futbol belə hekayələrlə doludur. Əvvəl pis hadisələr baş verib, amma sonra hər şey yaxşı olub. Nə olacağını təxmin edə bilmərik. Amma Pop qırmızı vərəqə alan kimi məndə elə bir hiss yarandı ki, biz Loris Kariusun karyerasında yeni səhifə aça bilərik. Bizi nə gözlədiyini bilmirik. Futbolu bu qədər gözəl edən bu gözlənilməzliklərdir".
Düzdür, final "Nyukasl" üçün uğurlu alınmadı. Onlar 47 illik fasilədən sonra vəsiqə qazandıqları görüşdə "Mançester Yunayted"ə 2 cavabsız qolla məğlub oldular. Ancaq Karius üçün bu görüş heç də pis keçmədi. O, 8 kritik qurtarışla yadda qaldı. Və gələcək üçün ümid yeri qoydu.
Lorisin qayıdışı azarkeşlər tərəfindən müsbət qarşılanır. Bildirilir ki, buna alman qolkiper tək nail olmayıb. Ona sevgilisi - İtaliya idman mətbuatının seks simvolu Diletta Leotta dəstək olub. Onlar bir müddətdir bir yerdədirlər. İdman ictimaiyyəti bu münasibəti çox təəccüblə qarşılayır.
26 may 2018-ci il - Kiyev, UEFA Çempionlar Liqasının finalı. Həmin gecə tarixə təkcə "Real"ın qitənin bir nömrəli klub turnirinin qalibi olması ilə düşmədi. Həmin gün Loris Karius da məşhur oldu. Amma heç də arzu olunmayan formada. "Liverpul"da çıxış edən almaniyalı qolkiper 2 kobud səhv etdi ki, bunun sayəsində Madrid klubu 3:1 hesablı qələbəyə sevindi.
Kiyev finalındakı faciəvi səhvlər Kariusun karyerasını məhv etdi. O, "Liverpul"dan icarə əsasında "Beşiktaş"a göndərildi. İstanbul klubu qısa zamandan sonra onu heyətə qatmağa peşiman oldu. Çünki o, "ağ-qaralar"ın oyunlarında da kobud səhvlərə yol verməkdə davam etdi. İş o yerə çatdı ki, "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş açıq şəkildə Lorisə etiraz etməli oldu.
Son illərdə Karius, ümumiyyətlə futbol oynamırdı. Alman qolkiper ötən mövsümü "Liverpul"da 4-cü qapıçı kimi keçirdi. Bir il əvvəl isə Karius üçün şans yaranmışdı. "Union Berlin"ə icarəyə göndərilən qolkiper 32 yaşlı həmkarı Andreas Luthla rəqabətdə məğlub oldu.
Ötən yay Kariusun "Liverpul"la müqaviləsi başa çatdı. O, azad agent status ilə "Nyukasl"a transfer olundu. "Ağ-qaralar"da da şans onun üzünə gülmədi. Çempionatın əvvəlində "sağsağanlar" zədə səbəbindən əvvəlcə ehtiyat qapıçı Karl Darlou itirdi və ardınca Martin Dubravka "Mançester Yunayted"ə icarəyə göndərildi. İngiltərə millisinin bir nömrəsi Nik Popun transferiylə Karisun oynamaq şansı tamamilə itdi.
Bu ilin 26 fevralı isə Kariusun həyatında dönüş nöqtəsi ola bilər. Məsələ burasındadır ki, almaniyalının karyerasını yenidən canlandırmaq üçün unikal şans qazandı. O, İngiltərə Liqa Kubokunun finalında "Mançester Yunayted"lə oyun üçün "Nyukasl"ın start heyətinə daxil edildi. Çünki Eddi Haunun ixtiyarında onda başqa qapıçı qalmamışdı. Finala bir həftə qalmış "Liverpul"la oyunda (0:2) Pop cərimə meydançasının kənarında əl ilə oynadığı üçün birbaşa qırmızı vərəqə aldı. Nik cəza səbəbindən "Uembli"dəki həlledici matçda iştirak edə bilməyəcəkdi. Nəticədə baş məşqçi Kariusa şans verdi:
"Bu, Lorisin karyerasını bərpa etməsi üçün böyük şansdır. Futbol belə hekayələrlə doludur. Əvvəl pis hadisələr baş verib, amma sonra hər şey yaxşı olub. Nə olacağını təxmin edə bilmərik. Amma Pop qırmızı vərəqə alan kimi məndə elə bir hiss yarandı ki, biz Loris Kariusun karyerasında yeni səhifə aça bilərik. Bizi nə gözlədiyini bilmirik. Futbolu bu qədər gözəl edən bu gözlənilməzliklərdir".
Düzdür, final "Nyukasl" üçün uğurlu alınmadı. Onlar 47 illik fasilədən sonra vəsiqə qazandıqları görüşdə "Mançester Yunayted"ə 2 cavabsız qolla məğlub oldular. Ancaq Karius üçün bu görüş heç də pis keçmədi. O, 8 kritik qurtarışla yadda qaldı. Və gələcək üçün ümid yeri qoydu.
Lorisin qayıdışı azarkeşlər tərəfindən müsbət qarşılanır. Bildirilir ki, buna alman qolkiper tək nail olmayıb. Ona sevgilisi - İtaliya idman mətbuatının seks simvolu Diletta Leotta dəstək olub. Onlar bir müddətdir bir yerdədirlər. İdman ictimaiyyəti bu münasibəti çox təəccüblə qarşılayır.
Xüsusilə almaniyalı qapıçının pərəstişkarları çaşqınlıq içindədirlər. Ki, belə bir gözəl qadın uğursuz karyerası olan idmançıyla görüşməyə necə qərar verib? Bu sualın cavabı yoxdur. Ancaq bildilir ki, Leotta Kariusun dönüşündəki əsas səbəbkardı.
Hətta Dilettanın finaldan öncə yazılan məktubunu oxusanız, necə dəstək olduğunu görə bilərsiniz. Lorisə ünvanlanan ismarışdan sizə kiçik hissəni təqdim edəcəm. Bu sözlərin ona motivasiya verdiyini təxmin etmək çətin deyil:
"Bəzən daha yaxşı olmaq üçün bir neçə addım geri çəkilmək lazımdır. Və əminəm ki, sənin inkişafın komandanın uğur qazanmasına kömək edəcək. Buna səndən başqa heç kim layiq deyil. Uşaq vaxtı nağılları çox sevirdim. İndi səndən xoşbəxt sonluq gözləyirəm". (publika)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
XƏBƏR LENTİ
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb





