İdman

Belçika klublarının Bakı "sindromu"

17 Fevral 2023 23:05
Baxış: 1 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, dünən UEFA Konfrans Liqası çərçivəsində Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda "Qarabağ" Belçikanın "Gent" klubunu minimal hesabla məğlubiyyətə uğratdı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla da "Qarabağ" Azərbaycan klublarının Bakıda Belçika klublarına qarşı keçirilən matçlarda yaratdığı "ənənəni" davam etdirib. Belə ki, Azərbaycanın futbol klubları avrokuboklar çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda Belçika komandalarına keçirilən bütün matçlarda minimal hesabla (1:0) qalib gəliblər. İndiyədək "Neftçi" "Anderlext" və "Jerminal"ı, "Qarabağ" isə "Brügge", "Anderlext" və "Gent"i eyni hesabla məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.