İdman

Konfrans Liqası: “Trabzonspor” “Bazel”ə qalib gəldi - VİDEO

17 Fevral 2023 07:27
Baxış: 1 179
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Konfrans Liqasında pley-off mərhələsinə start verilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, raundun bütün görüşləri eyni gündə keçirilib.

Azərbaycan çempionu "Qarabağ" Bakıda Belçikanın "Gent" klubunu qəbul edib və minimal fərqlə qalib gəlib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" isə İsveçrə "Bazel"ini sınağa çəkib. Trabzon klubu da ilk oyunda tək qolla qələbə qazanıb.

Bu raundun cavab görüşləri fevralın 23-də keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyunlar
16 fevral

"Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) 1:0
Qol: L.Andrade, 78.

"Trabzonspor" (Türkiyə) - "Bazel" (İsveçrə) 1:0
Qol: Larsen, 65.

"Bodo Qlimt" (Norveç) - "Lex" (Polşa) 0:0

"Braqa" (Portuqaliya) - "Fiorentina" (İtaliya) 0:4
Qol: Yoviç, 45+1; 60. Kabral, 79; 90. 

"Latsio" (İtaliya) - "ÇFR Kluj" (Rumıniya) 1:0
Qol: İmmobile, 45+4.

AEK (Larnaka, Kipr) - "Dnepr-1" (Ukrayna) 1:0
Qol: A.Qarsiya, 85.

"Şerif" (Moldova) - "Partizan" (Serbiya) 0:1
Qol: R.Qomes, 45.

"Ludoqorets" (Bolqarıstan) - "Anderlext" (Belçika) 1:0
Qol: İ.Tyaqo, 9.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.