İdman

"Hatayspor" çempionatda iştirakını dayandırdı

9 Fevral 2023 23:39
Baxış: 1 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hatayspor" Türkiyə Futbol Federasiyasına məktub göndərərək ölkə çempionatından kənarlaşdığını açıqlayıb.

Bu barədə cümə axşamı Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi məlumat verib.

Onun sözlərinə görə, "Qaziantep" klubu da liqadan çıxmaq istəsə, bu iki klubun yerləri saxlanılmaqla 17 komanda ilə mövsümə davam etmək planlaşdırılır.

Türkiyə Futbol Federasiyasının prezidenti Super Liqada oyunların 3-4 mart tarixlərinə təxirə salındığını da bəyan edib.

O qeyd edib ki, gələn il Super Liqa 20 komanda ilə yoluna davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.