İdman

"Fənərbağça"nın keçmiş futbolçusu "Qarabağ"a keçir

26 Yanvar 2023 09:21
Baxış: 1 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın "Dijon" klubunun futbolçusu Yassin Benzia karyerasını Azərbaycanda davam etdirə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Qarabağ"la müqavilə imzalamağa çox yaxındır.

Ağdam təmsilçisi əlcəzairli oyunçuya 2,5 illik müqavilə təklif edib. Benzia cari mövsüm komandasının heyətində meydana çıxmayıb.

Qeyd edək ki, Yassin Benzia Fransada "Lion", "Lill", Yunanıstanda "Olimpiakos", Türkiyədə "Fənərbağça" və "Hatayspor" klublarının formasını geyinib. Əlcəzair millisinin sabiq futbolçusu Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.