İdman

Messi PSJ-də belə qarşılandı - FOTO

5 Yanvar 2023 08:28
Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ-nin hücumçusu Lionel Messi DÇ-2022 ilə əlaqədar tətildən sonra Paris klubuna qayıtmasını şərh edib.

O deyib: "Bu səmimi qəbula görə klubun bütün heyətinə, komanda yoldaşlarıma və PSJ heyətinə təşəkkür etmək istəyirəm. Mən xoşbəxtəm. İndi qarşıdakı sınaqlara hazırlaşmağa gedirəm. Fiziki cəhətdən hazırlaşmalı, yaxşı məşq etməliyəm, prosesə qayıtmalıyam. Məşqçilər heyətinin oynaya biləcəyimə qərar verəcəyi ana hazır olmalıyam".

Qeyd edək ki, 35 yaşlı hücumçu Qətərdə keçirilən dünya çempionatının qalibi olduqdan sonra vətəni Argentinada istirahət edirdi. Messi bu gün PSJ-yə qayıdıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.