İdman

Danışılmış oyunlara görə ömürlük diskvalifikasiya

13 Dekabr 2022 08:13
Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danışılmış oyunların daha iki iştirakçısı cəzalandırılıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Fransa tennisçiləri Jül Okala və Mik Leskür ömürlük diskvalifikasiya edilib.

Buna onların çoxsaylı danışılmış oyunlarda iştirakı səbəb olub. Hər iki tennisçinin adı Fransa və Belçikanın hüquq-mühafizə orqanlarının araşdırmalarında yer alıb.

ATP reytinqində 338-ci pillədən yüksəyə qalxmayan Okala 7 danışılmış oyunda iştirak edib. O, həm də 15 min dollar cərimə ödəyəcək. Şəxsi rekordu 487-ci yer aolan Leskür 8 bənd üzrə günahkar hesab olunub. O, 40 min dollar cərimələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.