Xorvatlar üçün məğlubedilməz, Niderland üçün uğursuz rəqib...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün dünya çempionatında 1/4 final mərhələsinə start veriləcək. Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, turnirin favoritlərindən Argentina Niderlandla üz-üzə gələcək.
Bu komandalar indiyə qədər 9 dəfə üz-üzə gəliblər. Bunlardan 4-ü yoldaşlıq görüşü, 5-i isə dünya çempionatlarına təsadüf edir. Mundiallarda keçirilən 5 matçın 2-də Niderland, 2-də Argentina qalib gəlib. Bir qarşılaşma isə 0:0 hesabı ilə yekunlaşıb.
Komandalar sonuncu dəfə 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının yarımfinal mərhələsində qarşılaşıblar. 120 dəqiqə oynanılan matçın əsas hissəsi və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb.
Penaltilər seriyasında daha dəqiq olan cənubi amerikalılar finala vəsiqə qazanıblar. Finalda isə Almaniyaya məğlub olublar.
Komandalar arasında ən məşhur görüş isə 1978-ci ilə təsadüf edir. Argentinada keçirilən mundialın final matçında meydan sahibləri məhz Niderlandla üz-üzə gəlib. Buenos-Ayresdə oynanılan matç cənubi amerikalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında isə Argentinaya uduzan Niderland yığmasının baş məşqçisi məhz hazırkı çalışdırıcı Lui Van Qal olub. Görüş bu baxımdan da prinsipal əhəmiyyət daşıyır.
Komandalar arasında keçirilən bombardirlari hərəyə iki qolla Mario Kempes və Yohan Kroyfdur.
Komandalar arasındakı son 2 rəsmi matçda hesab açılmadığı üçün bu qarşılaşmanın da eyni cür keçəcəyi gözlənilir.
Günün və mərhələnin növbəti qarşılaşmasında isə Braziliya və Xorvatiya qarşılaşacaq. Bu komandalar indiyə qədər cəmi 4 dəfə üz-üzə gəliblər. Bunların 2-si yoldaşlıq, 2-si isə dünya çempionatı matçlarına təsadüf edib. Komandalar arasında ilk rəsmi qarşılaşma 2006-cı il dünya çempionatının qrup mərhələsində baş tutub. Həmin vaxt "sambaçılar"ın ulduzlarından olan Kakanın vurduğu yeganə qolla onlar qələbəyə sevinə bilib.
Növbəti oyun isə 2014-cü il Braziliyada keçirilən mundiala təsadüf edir. Xorvatlar meydan sahibləri ilə eyni qrupda yer alır. Qarşılaşma isə "selesao"nun 3:1 hesablı qələbəsi ilə yekunlaşır. Neymarın dublu və Oskarın vurduğu qol sayəsində Braziliya 3 xal qazanır.
Yoldaşlıq görüşlərində də avropalılar 5 qat dünya çempionu olan rəqibini məğlub edə bilməyib. Tərəflər arasında keçirilən 4 görüşdən yalnız birində indiyə qədər heç-heçə qeydə alınıb. Qalan bütün matçlarda qalibiyyətə sevinən tərəf isə "pentakampeonlar" olub.
Amma Xorvatiyanın son dünya çempionatında finala qədər irəliləməsi, hazırki mundialda pis təsir bağışlamaması oyuna marağı və gözləntiləri artırır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp





