İdman

Ən çox qolsuz heç-heçə edən komanda və qırılan seriya

26 Noyabr 2022 15:35
Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə yığması dünya çempionatlarında ən çox qolsuz bərabərə qalan komandadır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, britaniya təmsilçisi DÇ-2022-nin qrup mərhələsinin II turunda öz göstəricisini yaxşılaşdırıb.

B qrupu çərçivəsində ABŞ-la qarşılaşan Qaret Sautqeytin yetirmələri rəqibin müqavimətini qıra bilməyib. Bu, ingilislərin dünya çempionatlarında 12-ci qolsuz bərabərliyidir. ABŞ isə mundialda ilk dəfə 0:0 hesabını görüb.

Bundan başqa, amerikalılar 1950-ci ildən bəri ilk dəfə Avropa komandası ilə matçda qapısının toxunulmazlığını qorumağı bacarıb. Uğursuz seriya 18 matçda dayanıb.

Qeyd edək ki, qrupun son turunda İngiltərə Uelslə qarşılaşacaq, ABŞ isə İran sınağına çıxacaq. Bu matçlar noyabrın 29-da olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.