İdman

Əsas vaxta əlavə edilmiş dəqiqələr niyə çoxdur? - FİFA-dan açıqlama

22 Noyabr 2022 18:39
Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina dünya çempionatı oyunları zamanı əsas vaxta əlavə edilmiş dəqiqələrin çox olmasına aydınlıq gətirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, italiyalı əfsanəvi hakim mundialda yenilik etdiklərini söyləyib.

Kollina bildirib ki, topun meydanda olmadığı hər dəqiqə hesablanır: "Hamıya topun meydanda olmadığı hər anın vaxta əlavə olunmasını demişik. Aktiv mübarizə istəyirsinizsə, bu cür əlavə dəqiqələrə hazır olmalısınız".

Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-nin oyunlarına 10 dəqiqədən çox vaxtın artırılması komandaların və azarkeşlərin narazılığına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.