İdman

"PSJ nankor klubdur" - Poçettino

19 Noyabr 2022 19:18
Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino Paris təmsilçisi haqda danışıb.

O, PSJ-ni nankor klub adlandırıb: "Belə bir komanda qurmaq çətin iş idi. Ulduz, istedadlı futboluların yer aldığı komandada istədiyimi etmək üçün vaxt lazım oldu. Amerika kubokundan və Avropa çempionatından yeni dönən futbolçular var idi, digərləri zədəli idi. Yeni şəhər, yeni mədəniyyət... Komandada millilərinin 9-10 kapitanı var idi. Düşünürəm ki, bu, bir daha heç vaxt yaşamayacağım qeyri-adi bir təcrübə idi. Onlar nankordurlar. Məşqçinin əməyini heç kim qiymətləndirmir. Əgər qalib gəlirsənsə, bu, oyunçuların fərdi istedadına görədir. Əgər uduzsan, bu, məşqçinin günahıdır".

Qeyd edək ki, PSJ bu yay Poçettinonu istefaya göndərib.  Onu Kristof Qaltye əvəzləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.