İdman

"Napoli" və "Atalanta"nın prezidentləri həbs oluna bilər

3 Noyabr 2022 22:11
Baxış: 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Napoli" klubunun prezidenti Aurelio De Laurentis və onun "Atalanta"dakı həmkarı Antonio Perkassi həbs oluna bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, funksionerlər oyunçuların satışı ilə bağlı əməliyyatlarda fırıldaqçılıq etməkdə ittiham olunurlar. Onların günahı sübuta yetirilsə, 1 il müddətinə azadlıqdan məhrum ediləcəklər.

"Milan"ın sabiq baş direktoru, hazırda isə "Montsa"da eyni vəzifəni tutan Adriano Qallianini isə 1 il 1 ay həbs cəzası gözləyir.

İstintaq materiallarında sözügedən şəxslərin saxta hesablardan istifadə etdikləri göstərilib. İddiaya görə, bu cür əməliyyatlar nəticəsində klubların büdcəsinə qeyri-qanuni gəlirlər daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.