İdman

"Qarabağ" azarkeşlərə müraciət etdi

6 Oktyabr 2022 07:25
Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Liqasının qrup mərhələsində "Olimpiakos"la (Yunanıstan) matçda "Qarabağ"ı stadiondan dəstəkləmək istəyənlər biletləri oyun günü saat 18:30-dan 19:00-dək Afina şəhərinin mərkəzində yerləşən "Marble Stadium"dan (tarixi "Panathenaic" stadionu) ala bilərlər.

Bununla bağlı Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletin qiyməti 20 avrodur. Ödəniş yalnız nağd şəkildə qəbul ediləcək.

Azarkeşlərin oyundan əvvəl görüş nöqtəsi şəhər mərkəzində yerləşən "Marble" stadionunun qarşısı olacaq. Səfər komandasının azarkeşləri ilə bağlı yerli qaydalara, eləcə də təhlükəsizliyə görə, azarkeşlər matçın keçiriləcəyi Georgios Karaiskakis stadionuna "Qarabağ" tərəfindən ayrılmış xüsusi avtobuslarla, mühafizə əməkdaşlarının müşaiəti ilə gedəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.