İdman

"Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur" - Ozan Can Kökçü

25 Sentyabr 2022 22:42
Baxış: 1 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur. Qürurlu və xoşbəxtik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Azərbaycan yığmasının futbolçusu Ozan Can Kökçü Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Ardıcıl 3-cü qələbəni qazandıqlarını xatırladan 24 yaşlı yarımmüdafiəçi bunu gələcək turnirlərdə də davam etdirməyə çalışacaqlarını syləyib.

Onun sözlərinə görə, milli komanda elə yerdir ki, burada heç kimin daim oynayacağına zəmanət verilmir: "Hər zaman izlənilirsən. Bura gələndə canla-başla çalışmalısan".

Daha əvvəl "Sabah"da oynamış Türkiyə əsilli oyunçu Azərbaycana qayıtmaq variantına da toxunub: "Nə danışsam, yanlış başa düşülər. Azərbaycanda "Qarabağ", "Neftçi" və "Zirə" kimi yaxşı komandalar var. Futbolda nəyin necə olacağını bilmək olmaz. İndi "Eyndhoven"də özümü yaxşı hiss edirəm, işlərim qaydasında gedir. Mövsümün sonunda necə olacağını görəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.