İdman

Ukraynalı futbol hakimi əsirlikdən azad edilib

22 Sentyabr 2022 13:40
Baxış: 1 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı futbol hakimi Dmitro Kubryak Rusiya əsirliyindən azad edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko şəxsi feysbuk hesabında bildirib.

İxtisasca neyrocərrah olan referi digər məhbuslarla birlikdə sərbəst buraxılıb. O, müharibə zamanı Mariupol şəhərində yaralıları xilas edib.

Qeyd edək ki, Dmitro Kubryak aprelin 12-də tutulub. 34 yaşlı hakim müharibəyədək Ukrayna I Liqasının oyunlarına təyinat alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.