İdman

“Nant” futbolçularından şəhidlərimizin xatirəsinə ehtiram - FOTO

17 Sentyabr 2022 13:32
Baxış: 1 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində paytaxtımızda keçirilən "Qarabağ" - "Nant" qarşılaşmasında qonaq komandanın davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə oyunun birinci dəqiqəsində "Nant"ın ehtiyat oyunçular skamyasında çəkilmiş foto paylaşılıb. Həmin vaxt "Qarabağ" azarkeşləri şəhidlərimizin xatirəsini sükutla yad ediblər. UEFA tərəfindən rəsmi şəkildə sükuta icazə verilməsə də, azarkeşlərimiz öz təşəbbüsləri ilə qarşılaşmanın ilk dəqiqəsində şəhidlərimizə hörmət və ehtiram nümayiş etdiriblər.

Azarkeşlərin təşəbbüsü olsa da, "Nant"ın ehtiyat oyunçular skamyasında əyləşən futbolçular və baş məşqçi Antuan Kambuare də sükuta qoşulublar və ayağa qalxaraq ehtiramlarını nümayiş etdiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.