İdman

“Çelsi”nin gözü PSJ-də

11 Sentyabr 2022 23:41
Baxış: 1 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ-nin idman direktoru Luiş Kampuş klubu tərk edə bilər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, futbol funksioneri "Çelsi"nin hədəfindədir.

İngiltərə təmsilçisinin şərikli sahiblərindən olan Todd Boeli mütəxəssisi öz klubunda görmək istəyir. O, menecerlə danışıqlara da başlayıb.

London klubunun rəhbərliyi həm heyətdən, həm oyundan narazıdır. Premyer Liqa təmsilçisi komandanın gücləndirilməsi üçün Kampuş kimi menecerə ehtiyac olduğu qənaətindədir.

Qeyd edək ki, yeni baş məşqçi Qrem Potter də idman direktoru vəzifəsinin önəmli post olduğu fikrindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.