İdman

"Qarabağ"ın AL-dəki rəqibindən növbəti transfer

5 Sentyabr 2022 04:18
Baxış: 1 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

 "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Olimpiakos" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, bu haqda Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb. Super Liqa təmsilçisi  "Nottingem Forest"dən Coş Bouleri heyətə cəlb edib. 29 yaşlı oyunçu İngiltərə klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. 

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə keçirəcək . Tərəflər arasında 2-ci görüş isə oktyabrın 13-də Bakıda baş tutacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.