İdman

“Shusha Chess 2022” turnirinin loqotipi təqdim olundu

24 Avqust 2022 18:24
Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə keçiriləcək "Shusha Chess 2022" beynəlxalq şahmat turnirinin loqosu təqdim olunub.

Milli.Az Şahmat Federasiyasına istinadən xəbər verir ki, "Shusha Chess 2022" beynəlxalq şahmat turnirinin rəsmi loqotipi müxtəlif tarixi-mədəni elementlərdən ilhamlanaraq ərsəyə gətirilib. İntellektual idman yarışının əsas vizual təsvirini təşkil edən loqotipdə Şuşa Qalası, Qarabağ atı və şahmat fiquru kimi topun elementlərinin kombinasiyası yaradılıb. Loqotipdə Şuşa Qalasının üzərindəki yazıya uyğunlaşdırılan şriftdən istifadə olunub.

Qeyd edək ki, "Shusha Chess 2022" beynəlxalq şahmat turniri 21-24 sentyabr tarixlərində keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.