İdman

""Qarabağ" sıradan komanda deyil"

1 Avqust 2022 22:17
0 Şərh     Baxış: 1 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu gün bərpa məşqi keçdik və səhvlərimizi aradan qaldırdıq. Sabah isə Bakıya uçacağıq".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav Çerçesov Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis uzun və yorucu səfərə çıxacaqlarını bildirib: "Budapeştdən Azərbaycan paytaxtına yol yaxın, rəqib isə sıradan komanda deyil. "Qarabağ" Polşa "Lex"i və İsveçrə "Sürix"ini layiqli şəkildə keçdi. Müntəzəm olaraq avrokubokların qrupunda çıxış edirlər. Bir sözlə, çətin olacaq, amma bu mərhələdə başqa yol yoxdur".

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Ferentsvaroş" qarşılaşması saat 20:00-da başlayacaq. Cavab matçı avqustun 9-da Budapeştdə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.