Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc medal qazandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.
Altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub. Ramik Heybətov (61 kq) ilk görüşdə kosovolu Fatlum Brakaya heç bir şans tanımayıb - 13:0. Heybətov 1/4 finalda almaniyalı Marsel Vaqini üstələyib - 4:2. Ancaq yarımfinalda fransalı Xamzat Arsamerzoyevə sonuncu xal prinsipinə əsasən məğlub olub - 3:3. Ramik türkiyəli Abdullah Topraka minimal fərqlə (1:0) qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb.
Cəbrayıl Qadjiyev (74 kq) yunan Georgios Terzidisə (10:0) və Luka Finizioya (11:0) tam üstünlüklə qalib gəlib. Qadjiyev 1/4 finalda rumıniyalı Kristian Birodan güclü olub - 6:2. Yarımfinalda türkiyəli Muhammed Özmuşu 7:0 hesabıyla məğlub edən təmsilçimiz adını finala yazdırıb. Cəbrayıl finalda moldovalı Georgi Karayla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (11:0) qalib gələn Qadjiyev 2-ci dəfə Avropa çempionu olub. Xatırladaq ki, Cəbrayıl ötən il Dortmundda keçirilən analoji yarışda da Avropa çempionatının qızıl medalına sahib çıxmışdı.
Fərid Cabbarov (86 kq) 1/8 finalda almaniyalı Daniel Fişerə minimal fərqlə (2:1) qalib gəldikdən sonra gürcü Daviti Koquaşviliyə uduzub - 3:5. Ancaq rəqib finala yüksəldiyi üçün Cabbarov təsəlliverici görüşə çıxıb. Macar Nandor Hayduku (10:0) çətinlik çəkmədən mübarizədən kənarlaşdıran Fərid bürünc medal uğrunda qarşılaşmada ukraynalı Nazar Doda uduzub - 3:5.
Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə ukraynalı Denis Sahaliuka (0:4), Aslan Abakarov (125 kq) isə bolqar Georgi İvanova (4:7) məğlub olub. Beləliklə, sərbəst güləş üzrə gənclərdən ibarət komandamız qitə birinciliyinin son günündə 1 qızıl və 1 bürünc medal qazanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)





