İdman

"Neftçi" ardıcıl ikinci dəfə avrokuboklardan kənarda qaldı

10 May 2010 09:19
Baxış: 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azerisport.az xəbər verir ki, ölkənin ən titullu klubu ardıcıl ikinci mövsüm Avropa miqyaslı yarışlara vəsiqə qazana bilməyib.

Son tur ərəfəsində 4-cü yerdə qərarlaşan "Neftçi"nin bu cür acınacaqlı yekunla üz-üzə qalmasının səbəbi "Bakı"nın ölkə kubokunun finalına çıxmasıdır. Bu kollektiv hətta finalda məğlub olacağı təqdirdə belə, UEFA Avropa Liqasına vəsiqə əldə edəcək. Çünki onun rəqibi - "Xəzər Lənkəran"ın ən azı bu yarışda çıxış edəcəyi artıq dəqiqləşib. Nəticədə "Bakı" ya ölkə kubokunun qalibi, ya da turnirin finalçısı kimi Avroliqaya çıxacaq. "Xəzər Lənkəran" çempion olarsa, "Bakı" finalda yeniləcəyi təqdirdə belə, ölkə kubokundan Avropaya çıxacaq və ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq

Beləliklə, son tur ərəfəsində çempion məlum olmasa da, buy ay Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 komandanın adına rəsmən aydınlıq gəlib: "Xəzər Lənkəran", "İnter", "Qarabağ" və "Bakı".

"Neftçi" isə yenə növbəti mövsümü gözləməlidir.

Turun oyunları belə yekunlaşıb:

"Qəbələ" - "Neftçi" 0:0
"Bakı" - "İnter" 0:0
"Qarabağ" - "Xəzər Lənkəran" 2:1
"Standard" - "Karvan" 6:0
"Muğan" - "Simurq" 3:1
"Turan" - "Olimpik-Şüvəlan" 0:0

Turnir cədvəli

 

1-ci altılıq

1

"Xəzər Lənkəran"

19

6

9

4

19-13

27

2

"İnter"

19

6

8

5

18-18

26

3

"Qarabağ"

19

6

8

5

16-18

26

4

"Bakı"

19

6

7

6

18-15

25

5

"Neftçi"

19

4

10

5

11-12

22

6

"Qəbələ"

19

4

8

7

17-23

20

2-ci altılıq

 

1

"Olimpik-Şüvəlan"

19

9

6

4

25-15

33

2

"Simurq"

19

8

7

4

21-17

31

3

"Muğan"

19

7

6

6

17-14

27

4

"Turan"

19

6

8

5

23-21

26

5

"Standard"

19

6

4

9

22-23

22

6

"Karvan"

19

2

7

10

13-31

13


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.