İdman

Minifutbol üzrə milli komandamızın Avropa çempionu olması münasibətilə konsert olacaq

14 İyun 2022 12:54
Baxış: 1 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məlum olduğu kimi Slovakiyada keçirilmiş Avropa çempionatında minifutbol üzrə milli komandamız qalib gəlib.

Milli.Az bildirir ki, millimiz tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 qalib gələrək qızıl medalların sahibi olub.

Bu qalibiyyət münasibətilə iyunun 15-də saat 19.00-da Bakı bulvarının ərazisində (Zəfər parkı ilə üzbəüz) konsert proqramı təşkil olunacaq. Milli komandanın iştirakı ilə keçiriləcək konsertin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, "Azfar Group", "Zirə" Peşəkar Futbol Klubu, sponsor isə "Nar" şirkətidir.

Konsert proqramında rəsmi şəxslər və minifutbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev çıxış edəcək, xüsusi avtobusla kubok tamaşaçılara təqdim olunacaq, müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif və Səmra çıxış edəcəklər.

Futbol azərkeşlərini və şəhərimizin sakinlərini konsert proqramına dəvət edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.