İdman

Mourinyodan tarixi rekord - FOTO

26 May 2022 09:00
0 Şərh     Baxış: 2 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk dəfə keçirilən Konfrans Liqasının qalibi olan "Roma"nın baş məşqqçisi Joze Mourinyo avrokubokların tarixinə düşüb.

Portuqaliyalı mütəxəssis hər üç avrokubok - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasını qazanan ilk məşqçi olub.

Mourinyo "Porto" (2003-2004) və "İnter"lə (2008-2009) Çempionlar Liqasının, "Mançester Yunayted"lə (2016-2017) Avropa Liqasının qalibi olub.

J.Mourinyo son 20 ildə çalışdırdığı 8 klubun 7-də kubok qazanıb. Yeganə kubok qazana bilmədiyi klub "Tottenham" klubu idi, həmin klubda da komandanı İngiltərə Liqa Kuboku finalına yüksəltmişdi, lakin finaldan əvvəl rəhbərlik onu klubdan göndərmişdi.

Jose Mourinyonun baş məşqçi uğurları:

Portuqaliya liqası (Porto)

Portuqaliya kuboku

Portuqaliya Superkuboku

İngiltərə Premier Liqası (Chelsea)

İngiltərə kuboku

İngiltərə Liqa kuboku (3 Chelea + 1 Mancherster United)

İngiltərə Superkuboku (Chelsea + Manchester United)

Serie A (İnter)

İtaliya kuboku

İtaliya Superkuboku

La Liga (Real Madrid)

Kral kuboku

İspaniya Superkuboku

UEFA Çempionlar Liqası (Porto + İnter)

UEFA Avropa Liqası (Porto + Manchester United)

UEFA Konfrans Liqası (AS Roma)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.