İdman

Mahir Emrelinin komandası Xorvatiya çempionu oldu

15 May 2022 23:50
0 Şərh     Baxış: 1 416
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu mövsüm Xorvatiya Liqasında çempionluğu təmin edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, komanda bu gün 35-ci turda səfərdə "Sibenik"ə 2:0 hesabı ilə qalib gələrək buna nail olub. Bu qələbə ilə xalını 76-ya çatdıran Zaqreb təmsilçisi yarışın bitməsinə 1 tur qalmış ən yaxın izləyicisi "Hayduk" üçün (72 xal) əlçatmaz olub və çempionluğu rəsmiləşdirib. Mahir sözügedən görüşdə sonadək ehtiyatda qalıb.

"Sibenik" - "Dinamo" (Zaqreb) - 0:2

Qollar: Toliç, 40, Boçkay, 53

Beləliklə, "Dinamo" tarixində 23-cü dəfə ölkə çempionu olub. M.Emreli də legioner kimi ilk çempionluğu yaşayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.