Bakı birinciliyində iştirak gənc idmançılar üçün böyük əhəmiyyət daşıyır - AGF-nin baş katibi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyində iştirak gənc idmançılar üçün böyük əhəmiyyət daşıyır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə deyib.
"Bütün dünyada olduğu kimi, ölkəmizdə də pandmeiyanın səbəb olduğu məhdudiyyətlərlə əlaqədar yarışlar təxirə salınmışdı. Əlbəttə ki, ikiillik fasilədən sonra bu yarışlarda iştira etmək idmançılarımız üçün böyük əhəmiyyət daşıyır. Martda bədii gimnastika üzrə Azərbaycan çempinatı keçirildi, bu gün isə Bakı birinciliyi start götürüb. Birincilikdə gənc idmançılar üç yaş qrupunda mübarizə aparır. Yeni Olimpiya dövründə bədii gimnastikada yeni qaydalar qüvvəyə minib və bu gün idmançılar bu qaydalar əsasında öz proqramlarını təqdim edəcək.
Ümumilikdə, 27-ci Bakı birinciliyində 186 gimnast iştirak edir, onlardan 123-ü fərdi proqramda, 63-ü qrup komandaların tərkibində çıxış edəcək. Yarışda 14 komanda qrup hərəkətlərdə iştirak edir. Bu yarışda komanda hesabında da qaliblər müəyyən ediləcək", - N.Məmmədzadə deyib.
O qeyd edib ki, gimnastikanın inkişafı Bakı ilə yanaşı, bölgələrdə də Azərbaycan Gimnastika Federasiyasının fəaliyyətinin prioritet istiqamətidir.
Baş katibin sözlərinə görə, bu gün Azərbaycanın 25 bölgəsində gimnastika bölmələri fəaliyyət göstərir.
"Bu, əsasən, bədii gimnastikadır, amma biz çalışırıq ki, bölgələrdə digər gimnastika növləri də inkişaf etsin. Bölgələrdə gənc məşqçilər işləyir. Onlar bir neçə il özləri yaxşı idmançılar olub, indi isə öz bilik və təcrübələrini gənc gimnastlarla bölüşürlər" - o əlavə edib.
Qeyd edək ki, mayın 3-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin birinci günü start götürüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 ölü var - XİN-dən Açıqlama
-
“Horadiz” və “Göytəpə”də böyük əməliyyat - 84 kq narkotik ələ keçirildi
-
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
-
Əli Əsədov qərar imzaladı
-
Hakimləri təhqir edən Emil Binyətzadə cəzalandırıldı
-
Sultan Qasımova qarşı ağır ittiham - İşi məhkəməyə göndərildi - (Yenilənib)
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dronlarla hücum edildi - Ölənlər var
-
Ayın 11-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Tramp hər bir amerikalıya 5 min dollar ödəyəcək
-
Anar Mədətov oğlu ilə - (Foto)
-
Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt araşdırılıb
-
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
"Sabah"la matç öncəsi o da zədələndi
-
Şəkidəki “zipline”də əvvəllər də texniki problemlər olub - (Video)
-
Renat Dadaşov Ukrayna klubuna transfer olundu
-
“Vanlı Kara Haydar”ın arvadı da saxlanıldı
-
"AzInTelecom" media nümayəndələri üçün təlim keçirib - (Foto)
-
Türkiyədə xəstəxananın əməliyyat otağında siçanlar gəzir - (Video)
-
Mehmet Ali Erbilin infarkt keçirməsi ilə bağlı açıqlama
-
Nepalda ölənlərin sayı 1374-ə çatdı
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)





