İdman

“Qarabağ” ÇEMPİON! - YENİLƏNİB

3 May 2022 21:00
0 Şərh     Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ilk oyun günündə iki matç keçirilib.

Açılış görüşündə autsayderlər zonasında qərarlaşan komandalar üz-üzə gəlib. "Şamaxı" eyniadlı şəhərdə ilk qələbəsini qazanmağa çalışsa da, "Səbail"in müqavimətini qıra bilməyib - 0:0.

Günə çempionatın lideri "Qarabağ"la "Sabah" arasında matçla yekun vurulub. İlk 45 dəqiqəsi qolsuz bitən görüşün taleyi fasilədən sonra həll olunub. Kadi Borqes 47-ci dəqiqədə hesabı açsa da, Kristian da Silva bərabərlik qoluna imza atıb. Bu bir xal Qurban Qurbanovun yetirmələrinə qızıl medalları təmin etmək imkanı verib. Xal hesabını 59-a çatdıran ağdamlılar finişə üç tur qalmış izləyiciləri üçün əlçatmaz olub.

Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək. "Zirə" "Qəbələ"ni, "Sumqayıt" isə "Neftçi"ni qəbul edəcək.

Premyer Liqa
XXV tur
3 may
16:30. "Şamaxı" - "Səbail" - 0:0
Hakimlər:
 İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Kamranbəy Rəhimov
"Şamaxı": 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 5. Kərim Diniyev, 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 9. Natan Oduva, 22. Elçin Mustafayev
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov
Baş məşqçi: Rüstəm Əliyev
"Səbail": 1. Rəşad Əzizli, 14. Rahid Əmirquliyev (k), 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
Şamaxı şəhər stadionu

19:00. "Qarabağ" - "Sabah" - 1:1
Qol: 
Kadi Borqes, 47 - Kristian da Silva, 60
Qırmızı vərəqə: Patrik Andrade, 59
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 13. Bəhlul Mustafazadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 11. Xayme Romero, 15. Leandro Andrade, 21. Rauf Hüseynli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
"Sabah": 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 3. Zurab Oçiqava, 17. Xuan Kamara, 15. Kristian da Silva, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodrigez, 55. Şpiro Periçiç, 99. Hiqor Qabriel, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev
Baş məşqçi: Murad Musayev
"Azersun Arena"

1

Qarabağ

24

18

5

1

60-12

59

2

Neftçi

24

14

5

5

39-25

47

3

Zirə

24

12

6

6

32-24

42

4

Sabah

25

11

3

11

37-31

36

5

Qəbələ

24

9

8

7

32-33

35

6

Şamaxı

25

5

6

14

25-46

21

7

Sumqayıt

23

3

6

14

13-37

15

8

Səbail

25

4

3

18

17-47

15

Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Davit Volkov ("Zirə") - 11 qol, İbrahima Vadji, Filip Ozobiç (hər ikisi "Qarabağ") - 10 qol

19:36

Premyer Liqa
XXV tur
3 may
16:30. "Şamaxı" - "Səbail" - 0:0
Hakimlər:
 İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Kamranbəy Rəhimov
"Şamaxı": 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 5. Kərim Diniyev, 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 9. Natan Oduva, 22. Elçin Mustafayev
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov
Baş məşqçi: Rüstəm Əliyev
"Səbail": 1. Rəşad Əzizli, 14. Rahid Əmirquliyev (k), 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
Şamaxı şəhər stadionu

19:00. "Qarabağ" - "Sabah" - 0:0
Hakimlər: 
Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 13. Bəhlul Mustafazadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 11. Xayme Romero, 15. Leandro Andrade, 21. Rauf Hüseynli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
"Sabah": 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 3. Zurab Oçiqava, 17. Xuan Kamara, 15. Kristian da Silva, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodrigez, 55. Şpiro Periçiç, 99. Hiqor Qabriel, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev
Baş məşqçi: Murad Musayev
"Azersun Arena"

1

Qarabağ

23

18

4

1

59-11

58

2

Neftçi

24

14

5

5

39-25

47

3

Zirə

24

12

6

6

32-24

42

4

Sabah

24

11

2

11

36-30

35

5

Qəbələ

24

9

8

7

32-33

35

6

Şamaxı

24

5

5

14

25-46

20

7

Sumqayıt

23

3

6

14

13-37

15

8

Səbail

24

4

2

18

17-47

14

Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Davit Volkov ("Zirə") - 11 qol, İbrahima Vadji, Filip Ozobiç (hər ikisi "Qarabağ") - 10 qol

08:24

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Milli.Az "Report"a istinadən bildirir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Şamaxıda olacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 20 xalla 6-cı, paytaxt klubu 14 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək çempionatda 18 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 7-də "dənizçilər" qələbə qazanıb. Topların nisbəti bərabərdir - 20:20. "Şamaxı" Premyer Liqadakı son 5 görüşdə rəqibinə uduzmayıb. Son üç qarşılaşmada 3 və ya daha çox qol vurulub.

Günün ikinci qarşılaşmasında lider "Qarabağ" "Sabah"ı qəbul edəcək. 58 xala malik olan "köhlən atlar"a çempionluğu rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək. 35 xalla "Qəbələ" ilə birlikdə 4-5-ci yerləri bölüşdürən qonaqlar isə avrokubok iddiasını davam etdirmək niyyətindədir. Bu görüş tərəflərin Premyer Liqada 15-ci dueli olacaq. Əvvəlki 14 oyunun 11-də Ağdam təmsilçisi qələbə qazanıbsa, 3 matçda heç-heçə qeydə alınıb. "Sabah" indiyədək qalib gələ bilməyib.

Azərbaycan Premyer Liqası, XXV

3 may

16:30. "Şamaxı" - "Səbail"
Şamaxı şəhər stadionu

19:00. "Qarabağ" - "Sabah"
"Azersun Arena"

Qeyd edək ki, tura mayın 4-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" oyunları ilə yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.