İdman

“Qalatasaray”da prezident seçkiləri ilə bağlı yeni qərar

22 Aprel 2022 19:06
0 Şərh     Baxış: 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray"da prezident seçkisi ilə bağlı yeni qərar qəbul olunub.

Milli.Az apasport-a istinadən xəbər verir ki, Asliye Hüquq Məhkəməsi klubun etirazından sonra ləğv edilən seçkilərin keçirilməsini qərara alıb.

"Sarı-qırmızılılar"ın konqresində baş tutacaq seçki ilə bağlı ehtiyat tədbiri qərarı qüvvədən düşüb. Bu isə o deməkdir ki, İstanbul təmsilçisi öncədən planlaşdırıldığı kimi, aprelin 30-da yeni prezidentini müəyyən edə biləcək.

Qeyd edək ki, hazırda "Qalatasaray"a Burak Elmas rəhbərlik edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.