"Görünən budur ki, heç kim bu komandada qalmaq fikrində deyil və hamı "Mançester Yunayted"i kütləvi şəkildə tərk etmək istəyir".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand deyib. O, komandanın hazırkı nəticələri barədə danışarkən deyib:
"Mənə elə gəlir ki, 15-ə yaxın futbolçu çemodanını yığıb "Mançester Yunayted"i tərk etməyə hazırlaşır. Belə bir şey nə vaxtsa olubmu? Komandanın yeni baş məşqçisi Eynşteyn olmalıdır ki, hər şeyi düzəltsin".
Qeyd edək ki, hazırda "MY" Premyer Liqada 33 oyundan sonra 6-cı yeri tutur. Komanda ÇL-də mübarizəni isə 1/8 finalda "Atletiko"ya uduzaraq (1:1, 0:1) dayandırıb.
Milli.Az