"Həqiqətən, maraqlı oyun alındı. Son oyunda bir qədər həvəsdən düşsək də, bu matçda pis çıxış etmədik. Futbolçularıma təşəkkür edirəm. Rəqibin gücü bəllidir".
Bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, istədikləri qələbəni əldə edə bilmədiklərini vurğulayıb: "Zədəlilər, cəzalılar var. İlk hissədə ciddi qol epizodu olmadı. İkinci hissədə daha çox hücuma çıxmağa çalışdıq. Ədilxan Qarəhmədovun 100 faizlik qol imkanı matçın dönüş nöqtəsi oldu. Buraxılan qoldan sonra oyunu çevirməyə çalışsaq da, alınmadı. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq".
Milli.Az