İdman

“Barselona” “Nou Kamp”ı tərk edir

9 Mart 2022 14:24
0 Şərh     Baxış: 1 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" bir mövsümlük "Nou Kamp"ı tərk edəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu klubun prezidenti Joan Laporta açıqlayıb.

O bildirib ki, arenadakı yenidənqurma işləri üzündən bir mövsümü başqa stadionda keçirməli olacaqlar. Bu məqsədlə Montjuikdəki Olimpiya stadionunun seçiləcəyi gözlənilir. "Nou Kamp"da 20 milyon avroluq işlərin görülməsi planlaşdırılır.

Qeyd edək ki, La Liqanın 26 turudan sonra 48 xala malik "Barselona" 3-cü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.