İdman

Lempard rusiyalı milyarderin sanksiyalara məruz qalmasına münasibət bildirdi

6 Mart 2022 15:15
0 Şərh     Baxış: 1 402
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Everton"un baş məşqçisi Frenk Lempard biznesmen Alişer Usmanova qarşı həyata keçirilən sanksiyaların onun komandasına təsir etmədiyini qeyd edib.

"Mən bu mövzuda heç kimlə danışmamışam, bu mənim komandama təsir etmədi. Heç bir narahatlığım yoxdur, amma vəziyyəti şərh etmək üçün kifayət qədər məlumatım yoxdur. Mən komanda daxilindəki vəziyyətə və burada gördüyüm işə diqqət etməliyəm", - ingiltərəli mütəxəssis qeyd edib.

Qeyd edək ki, Almaniya hakimiyyəti sanksiyaya məruz qalmış rusiyalı oliqarx Alişer Usmanovun təxminən 600 milyon dollar dəyərində olan yaxtasını Hamburq limanında müsadirə edib.

Məlumatı "Forbes" dərc edib.

İş adamının adı fevralın 28-də Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiyalar siyahısında olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.