İdman

"Məni daha çox narahat edən məqam..." - Qurban Qurbanov

18 Fevral 2022 09:10
2 Şərh     Baxış: 2 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Dünən də demişdim ki, "Marsel"in yaxşı baş məşqçisi və fərdi keyfiyyətləri yüksək olan oyunçuları var. Məni daha çox narahat edən məqam da rəqibin oyunçularının ustalıq səviyyəsinin yüksək olması idi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində səfərdə "Marsel"ə 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bəlkə də, bu gün həmin elementlərə görə uduzduq. Amma futbolçularım oyunundan tam razı qaldım. Bəzi diqqətsizliklər oldu. "Marsel" kimi komanda da bunlardan ustalıqla istifadə edə bilir. Dünən də demişdim ki, çalışacağıq, layiqli oyun göstərək. Çoxlarınız razı olacaqsınız ki, biz bunu bacardıq. Səfərdə oynasaq da, çox yaxşı oyun göstərdik" - deyə o bildirib.

Qurbanov bir həftə sonra Bakıda keçiriləcək cavab görüşü haqda da danışıb: "Bakıda bundan da yaxşı oynamağa çalışmalıyıq. Artıq rəqibi daha da yaxından tanıdıq. Bakıdakı matçda ən azından azarkeşləri həyəcanlandırıb, onlar üçün daha yaxşı oyun göstərməyə çalışacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.