İdman

Azərbaycan əsilli yeniyetmə Fransa Şahmat Çempionatına qatılacaq - FOTO

12 Fevral 2022 08:34
0 Şərh     Baxış: 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın Strasburq şəhərində yaşayan Azərbaycan əsilli Dəniz Ramazanov Frans Alzas regionu və Aşağı Ren (Bas Rhin) departamenti üzrə keçirilmiş şahmat üzrə çempionatlarının qalibi olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, son iki turnirin qalibi olmuş Dəniz cari ilin aprelində Ajan şəhərində keçiriləcək Fransa Çempionatında iştirak edəcək.

Dənizin 10 yaşı olmasına baxmayaraq, o, 12 yaş kateqoriyasından olan rəqiblərinə qarşı mübarizə aparıb və bütün çempionatlarda birinci yeri tutub.

Xatırladaq ki, Dəniz artıq dörd ildir hər il Alzas və Aşağı Ren üzrə keçirilən şahmat yarışlarında birinci yeri tutur və Fransa Şahmat Çempionatına qatılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.