İdman

AFFA hakimi təhqir edən baş məşqçinin cəzasını artırdı

4 Fevral 2022 19:36
0 Şərh     Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA İntizam Komitəsi (İK) U-15 liqasında çıxış edən İFA komandasına texniki məğlubiyyət verib.

Milli.Az report-a istinadən xəbər verir ki, buna komandanın diskvalifikasiya olunmuş futbolçusu Orxan Bayramovun "Zirə" ilə matçda start heyətdə meydana çıxması səbəb olub.

Bundan əlavə, İK "Neftçi" İK İB komandasının baş məşqçisi Şahin Şahüseynlinin cəzasını daha 6 oyun artırıb. Mütəxəssis 70-ci dəqiqədə cəzalı olduğu halda texniki zonaya daxil olaraq hakimləri təhqir edib.

Şahüseynli əvvəlki turda "Zirə" ilə qarşılaşmada hakimləri təhqir etdiyi üçün 5 oyun cəzalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.