İdman

UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım etdi

25 Dekabr 2021 10:28
0 Şərh     Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ" klubu haqqında paylaşım edib.

Milli.Az report-a istinadən xəbər verir ki, postda "Qarabağ" üçün oynayan sevdiyiniz futbolçu kimdir" sualı ünvanlanıb.

Sorğuda iştirak edənlərin əksəriyyəti Abdullah Zubiri fərqləndirib. Bundan əlavə, şərhlərdə komandanın sabiq oyunçularının adları da yazılıb.

Qeyd edək ki, H qrupunu ikinci pillədə başa vurmuş "Qarabağ" pley-off mərhələsində Fransa "Marsel"inə rəqib olub. "Köhlən atlar" ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.