İdman

Premyer Liqa oyunu 2 saat qalmış təxirə salındı - SƏBƏB

18 Dekabr 2021 19:32
0 Şərh     Baxış: 1 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Aston Villa" və "Bernli" arasında görüş start fitinə 2 saat qalmış təxirə düşüb.

Buna səbəb Birminhem təmsilçisində koronavirusa yoluxanların olmasıdır. Bu son bir həftədə təxirə salınan 10-cu Premyer Liqa matçıdır.

Bu günə nəzərdə tutulan 5 oyundan yalnız biri keçiriləcək. Günün yeganə matçı "Arsenal" - "Lids" qarşılaşmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.