İdman

“Barselona” daha bir kuboku əldən verdi

14 Dekabr 2021 23:53
0 Şərh     Baxış: 1 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanında Maradona kuboku uğrunda qarşılaşma keçirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, əfsanəvi futbolçunun xatirəsinə həsr olunmuş matçda onun vaxtilə iştirak etdiyi "Barselona" (İspaniya) və "Boka Xuniors" (Argentina) klubları üz-üzə gəlib.

Görüşün əsas vaxtı 1:1 başa çatıb. Penalti zərbələrində isə cənubi amerikalılar üstün olub - 4:2

Qeyd edək ki, Ər-Riyaddakı Səudiyyə Kral Universiteti Stadionunda baş tutan oyun argentinalının ölümünün birinci ildönümü münasibətilə təşkil edilib.

Dieqonun qızları Dalma və Calila stadiona gəlməkdən imtina ediblər. Onlar təşkilatçıları atalarının xatirəsindən biznes məqsədilə istifadə etməkdə günahlandırıblar.

Xatırladaq ki, Maradona ötən ilin noyabrın 25-də vəfat edib. O, 1981-1982 və 1995-1997-ci illərdə "Boka Xuniors"da, 1982-1984-cü illərdə isə "Barselona"da çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.